"CDB Bank"ın yeni regional filialı açılıb

"CDB Bank"ın yeni regional filialı açılıb Filialda müştərilərə bütün bank xidmətləri təklif edilir
Maliyyə
21 May , 2016 14:36
CDB Bankın yeni regional filialı açılıb

Bakı. 21 may. REPORT.AZ/ "Caspian Development Bank" (CDB) ASC-nin Bərdə şəhərində filialı açılıb. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Cəbhə bölgəsinə yaxın ərazidə ölkə vətəndaşlarının bank xidmətlərinə olan tələbatını ödəyəcək yeni filial Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, döngə 1, ev 1A ünvanında yerləşir.

Filialda bütün bank xidmətlərinin müştərilərə təklif edildiyi bildirilib: "CDB Bank"ın Bərdə filialı müştərilərə kassa hesablaşma əməliyyatları, kredit, əmanət, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və digər xidmətləri əhatə edən məhsul xətti təklif edir. Filialın xidmətlərindən Bərdə şəhəri ilə yanşı qonşu rayonların sakinləri də faydalana biləcəklər".

Qeyd edək ki, filialın digər xidmətləri barədə ətraflı məlumat almaq üçün 1545 Məlumat Mərkəzinə zəng etmək, www.cdbbank.az saytına daxil olmaq lazımdır.

Son xəbərlər

Orphus sistemi