"Caspian Development Bank" yeni kampaniyaya başlayıb

"Caspian Development Bank" yeni kampaniyaya başlayıb Aksiyada bütün müştərilər iştirak edə bilər
Maliyyə
29 Fevral , 2016 16:40
Caspian Development Bank yeni kampaniyaya başlayıb

Bakı. 29 fevral. REPORT.AZ/ “Caspian Development Bank” (CDB) ASC yeni “Kart Mart” kampaniyasına start verib. Kampaniyanın özəlliyi ondan ibarətdir ki, hər bir müştəri banka müvafiq sənədlər təqdim etməklə “Kart Mart” kartına sahib ola bilər.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, məqsəd 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramlarında hər kəsə xərcləmək imkanı yaratmaqdır. Kartda müştəriyə 500 manatadək birdəfəlik istifadə üçün limit təqdim edilir. Limit yalnız nağdsız ödənişlərdə istifadə edilə bilər. 

Qeyd edək ki, "Kart Mart" kreditində komissiya 0%-dir. Hər bir müştəri kampaniyadan bir dəfə yararlana bilər. Ətraflı məlumatı 1545 Məlumat Mərkəzinə zəng etməklə, www.cdbbank.az saytına, eləcə də Bankın rəsmi "Facebook" səhifəsinə www.facebook.com/bankcdb daxil olmaqla əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi