Bakı. 3 avqust. REPORT.AZ/ Avqustun 2-dən etibarən “Caspian Development Bank (CDB)” ASC SWIFT Alliance-ın tamhüquqlu üzvü olub. Bu barədə "Report"a bankın mərkəzi ofisindən məlumat verilib.
Məlumata görə, bununla da ödənişlərin real rejimdə həyata keçirilməsinə başlanıb.
Xatırladaq ki, bu il yanvarın 26-da Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Kövsər Bank” Açıq Səhmdar Cəmiyyətinin adının dəyişməsi ilə əlaqədar “Caspian Development Bank (CDB)” Açıq Səhmdar Cəmiyyətinə bank fəaliyyəti həyata keçirilməsi üçün lisenziya verilib. Artıq CDB bu lisenziyaya əsasən bank və digər maliyyə xidmətləri təklif etməyə başlayıb.