"Caspian Development Bank" manat kreditlərini bahalaşdırıb

"Caspian Development Bank" manat kreditlərini bahalaşdırıb Faizlərin artımı həm istehlak, həm də biznes kreditlərində baş verib
Maliyyə
5 Oktyabr , 2016 15:28
Caspian Development Bank manat kreditlərini bahalaşdırıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ "Caspian Development Bank" ASC müştərilərə manatla verdiyi kreditlərin illik faiz dərəcələrini artırıb. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, bahalaşma həm istehlak, həm də biznes kreditlərində baş verib. Məsələn, indiyə qədər fiziki şəxslər Bankdan illik 30%-lə nağd pul krediti ala bilirdisə, hazırda faiz göstəricisi 32%-dir. Sahibkarlara verilən mikrokreditlərin illik faiz dərəcəsi isə 24%-dən 28%-ə çatdırılıb.

"Caspian Development Bank"ın dollarla verdiyi kreditlərin faizlərində isə dəyişiklik yoxdur.

Xatırladaq ki, “Caspian Development Bank" 1988-ci ildə “Universal Bank” kimi dövlət qeydiyyatından keçib, 2001-ci il sentyabrın 24-dən fəaliyyətini "Kövsər Bank" adı ilə davam etdirib, 2015-ci ildə isə əsas səhmdarınımn dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 50,02 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 250,1 min səhm əsasında formalaşıb. Səhmlərin 99,91%-i "Synergy Group" MMC-yə, 0,08%-i Həsən Cəfərova, 0,01%-i isə İbrahim Alışova (Bankın Müşahidə Şurasının keçmiş sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru) məxsusdur.

Son xəbərlər

Orphus sistemi