​"Caspian Development Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub

​"Caspian Development Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub Yeni sədr Fərəh Məmmədovadır
Maliyyə
26 Aprel , 2016 22:03
​Caspian Development Bankın Müşahidə Şurasına yeni sədr təyin olunub

Bakı.26 aprel.REPORT.AZ/ "Caspian Development Bank" ASC-nin Müşahidə Şurasına yeni sədr təyin olunub. "Report"un banka istinadən verdiyi xəbərə görə, yeni sədr Fərəh Fərahim qızı Məmmədovadır.

Hazırda Müşahidə Şurasının tərkibi sədr və iki üzvdən-Fərid Zakir oğlu Hüseynov və Tural Ağabala oğlu Quliyevdən ibarətdir.

Qeyd edək ki, bankın Müşahidə Şurasının sədri əvvəl İbrahim Alışov olub. Cari il martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə İbrahim Əsəd oğlu Alışov Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru vəzifələrinə təyin edilib və bankın rəhbərliyindən uzaqlaşıb.

Son xəbərlər

Orphus sistemi