"Caspian Development Bank" daha bir filial açıb

"Caspian Development Bank" daha bir filial açıb Filial Quba şəhəri Heydər Əliyev prospekti, məhəllə 21 ünvanında yerləşir
Maliyyə
5 Sentyabr , 2016 15:34
Caspian Development Bank daha bir filial açıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ “Caspian Development Bank (CDB)” ASC-nin daha bir filialı Quba şəhərində açılıb. "Report"un banka istinadən verdiyi xəbərə görə, şimal bölgəsində ölkə vətəndaşlarının bank xidmətlərinə olan tələbatını həyata keçirəcək filial, Quba şəhəri Heydər Əliyev prospekti, məhəllə 21 ünvanında yerləşir. Müasir bina ilə təmin olunmuş filial Bankın ümumi konsepti əsasında dizayn edilib.

Filialda vətəndaşlar müasir bank xidmətlərinin bütün növlərindən istifadə edə bilərlər. Bankın Quba filialı müştərilərinə kassa hesablaşma əməliyyatları, kredit, əmanət, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif edir. Filialın xidmətlərindən Quba şəhəri ilə yanaşı qonşu rayonların sakinləridə faydalana bilərlər.

Son xəbərlər

Orphus sistemi