Bakı. 10 iyul. REPORT.AZ/ “Caspian Development Bank" (CDB) ASC Azərbaycan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sisteminə (AZIPS) üzv olub.
"Report"un verdiyi xəbərə görə, bu barədə Bankın yaydığı məlumatda bildirilir.
AZİPS 16 fevral 2001-ci ildən istismara verilib. Burada köçürmələr yalnız milli valyutada icra olunur. Köçürmə cari iş günü saat 16:30-dək icra olunduğu halda, əməliyyat həmin günün valyutalaşma tarixi ilə həyata keçirilir. Köçürmə cari iş günü saat 16:30-dan sonra icra olunduğu halda onun valyutalaşma tarixi növbəti iş günü olur.