"Caspian Development Bank" aktivlərini 30% artırıb

"Caspian Development Bank" aktivlərini 30% artırıb Bankın xalis əməliyyat mənfəəti illik müqayisədə 55% azalıb
Maliyyə
25 Oktyabr , 2016 10:15
Caspian Development Bank aktivlərini 30% artırıb

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Caspian Development Bank"ın cəmi aktivləri 2016-cı il oktyabrın 1-nə 124,503 mln. manat təşkil edib. "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,5% çoxdur.

"Caspian Development Bank"ın aktivlərinin 114,64 mln. manatını və yaxud 92,1%-ni müştərilərə verilmiş kreditlər təşkil edib. Son bir ildə Bankın kredit portfeli 65,1% böyüyüb.

Sentyabrın sonuna Bankın cəmi öhdəlikləri isə 54,846 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 20,4% çoxdur.

"Caspian Development Bank"ın öhdəliklərinin 34,11 mln. manatını və yaxud 62,2%-ni onun depozit portfeli təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,45% çoxdur. İl ərzində əhalinin bankdakı əmanəti isə 32,1% artaraq 23,241 mln. manat olub. Kredit təşkilatı Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliklərini isə 16,7% azaldaraq 10 mln. manata endirib.

Bu ilin ilk 9 ayında Bankın faiz gəlirləri illik müqayisədə 2,16 dəfə artaraq 6,712 mln. manata, faiz xərcləri 58,5% artaraq 1,785 mln. manata, qeyri-faiz gəlirləri 60,3% azalaraq 4,693 mln. manata, qeyri-faiz xərcləri isə 4,35 dəfə artaraq 3,723 mln. manata çatıb. Nəticədə, kredit təşkilatının xalis əməliyyat mənfəəti 5,897 mln. manat olub ki, bu da 1 il əvvəllə nisbətən 54,5% azdır.

Hesabat dövründə "Caspian Development Bank" aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına çəkdiyi xərclərə 4,631 mln. manat qənaət edib və bu ilin 9 ayını 10,528 mln. manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, Bank 2015-ci ilin yanvar-sentyabr aylarını 496 min manat xalis zərərlə başa vurub.

Qeyd edək ki, “Caspian Development Bank" 1988-ci ildə “Universal Bank” kimi dövlət qeydiyyatından keçib, 2001-ci il sentyabrın 24-dən fəaliyyətini "Kövsər Bank" adı ilə davam etdirib, 2015-ci ildə isə əsas səhmdarınımn dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 50,02 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 250,1 min səhm əsasında formalaşıb. Səhmlərin 99,91%-i "Synergy Group" MMC-yə, 0,08%-i Həsən Cəfərova, 0,01%-i isə İbrahim Alışova (Bankın Müşahidə Şurasının keçmiş sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru) məxsusdur.

Son xəbərlər

Orphus sistemi