"Caspian Development Bank" ilin birinci yarısında 5,6 mln manat mənfəət əldə edib

"Caspian Development Bank" ilin birinci yarısında 5,6 mln manat mənfəət əldə edib Bank cari ilin birinci yarısında 5,6 mln. manat mənfəət əldə edib
Maliyyə
20 İyul , 2016 12:59
Caspian Development Bank ilin birinci yarısında 5,6 mln manat mənfəət əldə edib

Bakı. 20 iyul. REPORT.AZ/ "Caspian Development Bank" (CDB) ASC cari ilin birinci yarısında 5 617,32 min manat mənfəət əldə edib. Bankın gəlirləri 4 576,84 min manat, xərcləri 4132,95 min manat təşkil edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, gəlirlərin 4 398,66 min manatı, xərclərin isə 1 279,44 min manatı faizlə əlaqədar olub. Nəticədə bankın əməliyyat mənfəəti 443,89 min manat təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına -5 173,43 min manat həcmində ayırmanın qayıtması ilə bankın cari ilin birinci yarısında mənfəəti 5,6 mln. manatı keçib.

Cari il iyulun 1-nə əsasən bankın bölüşdürülməmiş mənfəəti 14 242,21 min manat təşkil edib.

Bankın aktivləri ilin əvvəli ilə müqayisaədə 6,96% azalaraq cari il iyulun 1-nə 120 083,09 min manata enib. Bu müddətdə kredit portfeli 1,86% azalaraq 107 263,62 min manat, depozit portfeli 21,4% azalaraq 32 817,24 min manat təşkil edib.

Qeyd edək ki, “Caspian Development Bank" 1988-ci ildə “Universal Bank” kimi qeydiyyatdan keçib, 2001-ci il sentyabrın 24-də bankın adı dəyişilərək "Kövsər Bank" ASC, 2015-ci il yanvarın 26-da isə “Caspian Development Bank" ASC adı altında yeni lisenziya alınıb.

Son xəbərlər

Orphus sistemi