​Cari ildə ölkədə tikinti kompleksinə 682 mln. manat pul xərclənib

​Cari ildə ölkədə tikinti kompleksinə 682 mln. manat pul xərclənib Bu ötən ilin yanvar ayı ilə müqayisədə 3% çoxdur
Maliyyə
17 Fevral , 2015 10:58
​Cari ildə ölkədə tikinti kompleksinə 682 mln. manat pul xərclənib

Bakı. 17 fevral. REPORT.AZ/ Yanvar ayında ölkənin tikinti kompleksində 682,7 mln. manat məbləğində, yaxun ötən ilin yanvar ayından 2,9% çox vəsait istifadə edilib. 

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu məbləğin 502,2 mln. manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Əsas kapitala yönəldilən vəsaitin 259,4 mln. manatı yerli mənbələrdən daxil olub.

Müxtəlif mənbələrdən ayrılan vəsaitlər hesabına yanvar ayında 121,2 min kv.metr yaşayış evləri, 45 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 50 yerlik məktəbəqədər təhsil müəssisəsi, Sumqayıt şəhərində Beton məmulatı zavodu və “Alyans Tekstil” tikiş fabriki, Qusar rayonunda “Park Chalet Shahdag” Hoteli istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi