Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsindən istefa verib

Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsindən istefa verib Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının iclası keçirilib
Maliyyə
18 Mart , 2015 22:16
Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsindən istefa verib

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının 18 mart 2015-ci il tarixində keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barəsində ərizəsi təmin edilib.

"Report" Beynəlxalq Bankının rəsmi saytına istinadən xəbər verir ki, İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.

Azərbaycan dövlətini Bankda təmsil edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin iclasda ölkənin ən iri bankının inkişafına gələcəkdə də tam dəstək olacağını bildirib.

Son xəbərlər

Orphus sistemi