​Bəzi banklar kredit təşkilatlarına çevriləcək

​Bəzi banklar kredit təşkilatlarına çevriləcək AMB ölkə banklarının birləşməsi və ya bank fəaliyyətini dayandırıb, başqa formada fəaliyyət göstərməsinə hazırlıqlara başlayıb.
Maliyyə
4 Sentyabr , 2014 16:51
​Bəzi banklar kredit təşkilatlarına çevriləcək
Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə banklarının birləşməsi və ya bank fəaliyyətini dayandırıb, başqa formada fəaliyyət göstərməsinə hazırlıqlara başlayıb.

Bu barədə “Report”a AMB-nin mətbuat xidmətindən məlumat daxil olub. Məlumata görə artıq avqustun 19-da Mərkəzi Bankın idarə heyəti sədrinin birinci müavini Alim Quliyev tərəfindən “Bankların yenidən təşkili qaydaları” təsdiqlənib.

Avqustun 29-dan qüvvəyə minən qaydalara görə banklar ya bir-biri ilə birləşməli, ya başqa banklara qoşulmalı yəni başqa bank tərəfindən udulmalı, yaxud da ki, bank kimi fəaliyyətini dayandırıb bank olmayan kredit təşkilatına (BOKT) çevrilməlidir.

Qaydalara əsasən, bankların yenidən təşkil olunması xüsusi ardıcıllıqla həyata keçirilməlidir. Bunun üçün ilk növbədə Mərkəzi Banka yenidən təşkil üçün icazə alınması məqsədilə ilkin və yazılı müraciət edilməli, yenidən təşkil üçün səhmdarların ümumi iclası çağırılmalı və qərar qəbul edilməli, kreditorlar bu barədə məlumatlandırılmalı, yeni bank və yaxud BOKT dövlət qeydiyyatından keçirilməli və yeni xüsusi razılıq (lisenziya) alınmalıdır.

Mərkəzi Banka bankın yenidən təşkil olunması barədə ilkin və rəsmi müraciət arasında 90 gündən artıq müddət olmamalı, bankın BOKT-a çevrilməsi 3 ay ərzində həyata keçirilməlidir.

Xatırladaq ki, bankın BOKT-a çevrilməsi üçün keçid dövrünə 6 ayadək vaxt ayrılır.

Son xəbərlər

Orphus sistemi