​BVF və Dünya Bankının nümayəndələri Azərbaycanın maliyyə naziri ilə görüşüblər

​BVF və Dünya Bankının nümayəndələri Azərbaycanın maliyyə naziri ilə görüşüblər DB-nin missiyasına regional əlaqələndirici Anjela Priqojina başçılıq edir
Maliyyə
28 Yanvar , 2016 11:10
​BVF və Dünya Bankının nümayəndələri Azərbaycanın maliyyə naziri ilə görüşüblər

Bakı. 28 yanvar. REPORT.AZ/ Dünya Bankının (DB) missiyasının Azərbaycana səfəri başlayıb. "Report"un məlumatına görə, səfər gələn həftə bitəcək.

DB-nin Cənubi Qafqazda özəl və maliyyə sektoru üzrə əlaqələndiricisi Anjela Priqojinanın (Angela Prigozhina) rəhbərlik etdiyi missiya bu gün Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndələri ilə birlikdə Azərbaycanın maliyyə naziri Samir Şərifovla görüşüblər.

Məlumata görə, A.Priqojinanın bir sıra hökumət və kommersiya banklarının rəhbərləri ilə də görüşü nəzərdə tutulub.

Qeyd edək ki, A.Priqojina sonuncu dəfə Azərbaycana 2015-ci ilin oktyabrın 5-9-da səfər edib.

Son xəbərlər

Orphus sistemi