​BVF Ukraynaya 17,5 mlrd. dollar kredit ayıracaq

​BVF Ukraynaya 17,5 mlrd. dollar kredit ayıracaq Fond artıq gələn ildə Ukraynada iqtisadi artımın bərpa olunacağını proqnozlaşdırır
Maliyyə
12 Mart , 2015 13:33
​BVF Ukraynaya 17,5 mlrd. dollar kredit ayıracaq

Bakı. 12 mart. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondunun (BVF) İdarə Heyəti Ukraynaya 4 illik proqram çərçivəsində 17,5 mlrd. ABŞ dolları həcmində kreditin ayrılmasına dair qərar qəbul edib.

"Report"un məlumatına görə, BVF rəhbərliyi Ukraynaya kreditin verilməsinin riskli olmasına baxmayaraq, bunun ölkənin hazırkı vəziyyətində önəmli olduğunu vurğulayır.

Ukrayna ilk il təxminən 10 mlrd. dollar kredit alacaq. BVF 2015-ci ildə geriləyən Ukrayna iqtisadiyyatının 2016-cı ildən artıma keçəcəyini proqnozlaşdırır.

Fond bu kreditlə Ukrayna iqtisadiyyatının xilas ediləcəyini düşünür. Ekspertlər bu il Ukrayna iqtisadiyyatının 5% azalacağını, 2016-cı ildə 2% artacağını, orta müddətdə isə 4%-lik artımın əldə olunacağını ehtimal edirlər. İnflyasiyanın isə 2015-ci ildə 27% olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi