​BVF: Qlobal risklər getdikcə artır

​BVF: Qlobal risklər getdikcə artır Kristin Laqard: "Son 6 ayda iqtisadi vəziyyət daha da pisləşib"
Maliyyə
5 Aprel , 2016 17:00
​BVF: Qlobal risklər getdikcə artır

Bakı. 5 aprel. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard (Christine Lagarde) qlobal iqtisadi canlanmanın getdikcə artan risklərlə üzləşdiyini bəyan edib. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, gəlirlərin qeyri-bərabər bölüşdürülməsinin yaratdığı pessimizm insanlarda "preventiv". yəni vəsaitlərini qorumaq meylləri gücləndirib.

K.Laqard Frankfurtdakı toplantıda çıxışında qlobal iqtisadiyyatın son 6 ayda pisləşdiyini xatırladıb, həmçinin qeyd edib ki, Çindəki yavaşlama, xammal qiymətlərindəki azalma və bəzi ölkələrin sərt maliyyə siyasəti vəziyyəti daha da çıxılmaz edir. BVF rəhbəri iqtisadi artımın inkişaf etmiş ölkələrdən inkişafda olan ölkələrə yayılacağı gözləntilərinin puça çıxdığını bildirib.

Son xəbərlər

Orphus sistemi