​BVF: Qlobal iqtisadiyyatda tələb təcili artırılmalıdır

​BVF: Qlobal iqtisadiyyatda tələb təcili artırılmalıdır Ekspert: "Kapital qlobal bazarlardan geri çəkilir"
Maliyyə
9 Mart , 2016 15:23
​BVF: Qlobal iqtisadiyyatda tələb təcili artırılmalıdır

Bakı. 9 mart. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (BVF) qlobal iqtisadiyyatın böhranla üzləşmə ehtimalının artdığını, bunun üçün təcili şəkildə tələbi yüksəltmək lazım olduğunu bildirib. "Report"un "Financial Times" qəzetinə istinadən verdiyi xəbərə görə, BVF Çinin fevral ayı üzrə ixrac göstəricilərinin proqnozlardan çox aşağı olmasının və 2009-cu ildən etibarən minimal həddə enməsinin qlobal iqtisadi riskin daha da artmasına səbəb olduğunu qeyd edir. Bunun üçün də qlobal mal və xidmət tələbini artırmaq lazımdır.

BVF-nin sədr müavini Devid Lipton (David Lipton) bəyan edib ki, qlobal iqtisadiyyat açıq şəkildə "həssas dövrə" daxil olub və xammal və maliyyə bazarlarındakı sərt dalğalanmalar nəticəsində yeni təhlükələrin yaranmasına qarşı dünya siyasətçilərinin təcili qərar verməsi zəruridir.

"İndi qətiyyətli şəkildə iqtisadi aktivliyi dəstəkləmək və qlobal iqtisadiyyatın daha güclü bünövrəsini yaratmaq zamanıdır", - deyə D.Lipton "National Assosiation for Business Economics"dəki çıxışında bildirib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatında ən çox diskomfort yaradan amil son bir ildə qlobal kapital və ticarət axınında kəskin geriyə çəkilmə işarələrinin olmasıdır.

Son xəbərlər

Orphus sistemi