BVF-nin missiyası Azərbaycana gəlib

BVF-nin missiyası Azərbaycana gəlib Maliyyə naziri ilə keçirilən görüşdə əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə olunub
Maliyyə
22 Oktyabr , 2014 10:19
BVF-nin missiyası Azərbaycana gəlib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri, Fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin müşaviri Raca əl-Mərzuqi və onu müşayiət edən nümayəndə heyətinin üzvlərini qəbul edib. Bu barədə "Report"a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə BVF ilə mövcud əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və perspektivləri, 2014-cü il və sonrakı illər üzrə ümumi iqtisadi proqnoz göstəriciləri, gələcək inkişaf planları, cari ilin dövlət büdcəsinin icrası və 2015-ci il üçün dövlət büdcəsinin parametrləri müzakirə olunub, xərclər üzrə səmərəliliyin artırılması istiqamətində atılan addımlar qeyd olunub. Həmçinin, qeyri-neft sektoru üzrə büdcə daxilolmaları və investisiya proqramı da daxil olmaqla hökumətin ortamüddətli əsas maliyyə məqsədlərinə diqqət yetirilib, regional geosiyasi gərginliyin Azərbaycana və onun iqtisadi inkişafı üçün ehtimal olunan riskləri və mənfi təsirləri barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi