BVF Maliyyə Bazarlarına Nəzarət Palatasına texniki yardım göstərməkdə maraqlıdır

BVF Maliyyə Bazarlarına Nəzarət Palatasına texniki yardım göstərməkdə maraqlıdır Maliyyə Bazarlarına Nəzarət Palatasında BVF-nin missiyası ilə görüş keçirilib
Maliyyə
18 Aprel , 2016 08:32
BVF Maliyyə Bazarlarına Nəzarət Palatasına texniki yardım göstərməkdə maraqlıdır

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin texniki yardım missiyasının rəhbəri Filip Bartolomey ilə görüş keçirilib.

"Report"un MBNP-yə istinadən verdiyi xəbərə görə, Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanla BVF arasında uzunmüddətli münasibətlərin daim yüksək həddə olduğunu bildirib. R.Aslanlı geosiyasi tendensiyalar və makroiqtisadi risklər fonunda ölkədə maliyyə sabitliyinin və dayanıqlılığının təmin olunması istiqamətində atılan addımlar barəsində məlumat verib.

BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin texniki yardım missiyasının rəhbəri F.Bartolomey son zamanlar maliyyə sektorunda dayanıqlığın təmin olunması və bazarda qətiyyətli maliyyə mövqeyinin qorunub saxlanmasında nailiyyətlər əldə ediləcəyinə əminliyini ifadə edib. Missiya rəhbəri əməkdaşlıq çərçivəsində BVF tərəfindən Palataya texniki yardım göstərməkdə və birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Sonda maliyyə sabitliyinin qorunması tədbirləri üzrə atılacaq addımlar və bu çərçivədə MBNP-nin BVF ilə gələcək əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi