​"Buta Sığorta" və "Evrobank"ın səhmlərinin satışı baş tutmayıb

​"Buta Sığorta" və "Evrobank"ın səhmlərinin satışı baş tutmayıb "Buta Sığorta"nın birinin nominalı 20 manat olan 200 min ədəd səhmi 2014-cü il martın 19-da qeydə alınıb
Maliyyə
11 Avqust , 2015 18:24
​Buta Sığorta və Evrobankın səhmlərinin satışı baş tutmayıb

Bakı. 11 avqust. REPORT.AZ/ “Buta Sığorta” ASC-nin səhmlərinin buraxılışı baş tutmayıb. "Report" xəbər verir ki, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, "Buta Sığorta"nın birinin nominalı 20 manat olan 200 min ədədlik səhm emissiyasının prospekti 2014-cü il martın 19-da qeydə alınıb.

Bu gün həmçinin "Evrobank" ASC-nin bu ilin yanvarın 15-də qeydə alınmış hər birinin nominalı 500 manat olan 78 min ədəd səhmlərinin satışı da baş tutmayıb.

Xatırladaq ki, "Evrobank"ın lisenziyası Mərkəzi Bank tərəfindən ləğv olunub. 

Son xəbərlər

Orphus sistemi