​"Buta Sığorta"ın öhdəlikləri "Günay Sığorta"ya gələn aydan keçə bilər

​"Buta Sığorta"ın öhdəlikləri "Günay Sığorta"ya gələn aydan keçə bilər "Günay Sığorta"ya "Buta Sığorta"nın sədri rəhbərlik edəcək
Maliyyə
6 İyun , 2016 16:29
​Buta Sığortaın öhdəlikləri Günay Sığortaya gələn aydan keçə bilər

Bakı. 6 iyun. REPORT.AZ/ "Buta Sığorta" ASC-nin qüvvədə olan sığorta müqavilələri "Günay Sığorta" ASC-yə gələn aydan keçirilə bilər. Bunu "Report"a açıqlamasında "Günay Sığorta"nın İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Rəcəbov deyib.

Bununla belə, o, rəhbərlik etdiyi şirkətin "Buta Sığorta"nın nə qədər aktivini aldığını açıqlamayıb.

Xatırladaq ki, "Günay Sığorta" şiirkəti "Buta Sığorta"nın aktivlərini alsa da, tərəflər arasında əldə olunmuş razılığa əsasən, bundan sonra "Günay Sığorta"ya "Buta Sığorta"nın İdarə Heyətinin sədri Qəmbər Suvanverdiyev rəhbərlik edəcək. V.Rəcəbovun isə şirkətin rəhbərliyində qalıb-qalmayacağı məlum deyil.

Son xəbərlər

Orphus sistemi