Bugünkü valyuta hərracına 200 mln. dollar çıxarılacaq

Bugünkü valyuta hərracına 200 mln. dollar çıxarılacaq "Report": Martın 14-nə rəsmi məzənnə ciddi dəyişməyəcək
Maliyyə
11 Mart , 2016 10:32
Bugünkü valyuta hərracına 200 mln. dollar çıxarılacaq

Bakı. 11 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) xətti ilə keçirilcək növbəti valyuta hərracına Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən satışa 200 mln. ABŞ dolları həcmində valyuta kütləsi satışa çıxarılacaq.

"Report" xəbər verir ki, bu, son günlər valyuta hərraclarına çıxarılan kütlədən 4 dəfə çoxdur.

Qeyd edək ki, bu günə dolların rəsmi məzənnəsi 1,6456 AZN/USD təşkil edir. "Report"un analitik qrupu bugünkü hərracda rəsmi məzənnənin ciddi dəyişməyəcəyini və martın 14-nə məzənnənin 1,64-1,65 AZN/USD diapazonunda qalacağını proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi