Azərbaycanda Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 9% azalıb

Azərbaycanda Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 9% azalıb Qeyri-neft sektoru üzrə vergi daxilolmaları isə 8% artıb
Maliyyə
15 Aprel , 2015 16:18
Azərbaycanda Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 9% azalıb

Bakı. 15 aprel. REPORT.AZ/ Cari ilin yanvar-mart ayları ərzində Azərbaycan Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 600,752 mln. manat həcmində vəsait daxil olub və müvafiq rüblük proqnoza 103% əməl edilib.

“Report” nazirliyə istinadən xəbər verir ki, ötən ilin I rübü ilə müqayisədə vergi daxilolmaları 9,2% və ya 162,169 mln. manat azalıb.

Hesabat dövründə qeyri-neft sektoru üzrə vergi daxilolmalarının məbləği 1 055,742 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 8% və ya 78,492 mln. manat çoxdur. Qeyri-neft sektorundan vergi daxilolmalarının ümumi mədaxildə xüsusi çəkisi 66% təşkil edib.

Son xəbərlər

Orphus sistemi