Bu ilin yanvar-martında əsas kapitala 2 milyard 900 milyon manata yaxın vəsait yönəldilib

Bu ilin yanvar-martında əsas kapitala 2 milyard 900 milyon manata yaxın vəsait yönəldilib Əsas kapitala yönəldilmiş vəsaitlərin 31,3 faizini daxili vəsaitlər təşkil edib
Maliyyə
19 Aprel , 2016 00:27
Bu ilin yanvar-martında əsas kapitala 2 milyard 900 milyon manata yaxın vəsait yönəldilib

Bakı. 19 aprel. REPORT.AZ/Bu ilin 3 ayında əsas kapitala 2 milyard 876,8 milyon manat məbləğində vəsait yönəldilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istifadə olunmuş vəsaitin 2 milyard 529,7 milyon manatı və ya 87,9 faizi məhsul istehsalı obyektlərinin, 222,1 milyon manatı (7,7 faizi) xidmət sahələri üzrə obyektlərin, 125,0 milyon manatı (4,4 faizi) isə ümumi sahəsi 334,7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 900,9 milyon manatını və ya 31,3 faizini daxili vəsaitlər təşkil edib.

Həmin vəsaitlərin 2 milyard 013,4 milyon manatı və ya 70,0 faiz isə bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Son xəbərlər

Orphus sistemi