Bu il "Silk Way Bank"ın xalis mənfəəti 3,4 mln. manata çatıb

Bu il "Silk Way Bank"ın xalis mənfəəti 3,4 mln. manata çatıb Bank yanvar-sentyabr aylarını 8,6 mln. manat faiz mənfəəti ilə başa vurub
Maliyyə
27 Oktyabr , 2015 15:04
Bu il Silk Way Bankın xalis mənfəəti 3,4 mln. manata çatıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Silk Way Bank" ASC 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 3 410,9 min manat xalis mənfəət əldə edib. Hesabata əsasən, vergi ödənilənədək mənfəət isə 3 620,8 min manat təşkil edib.

"Report"un bankın hesabatına istinadən verdiyi xəbərə görə, hesabat dövründə "Silk Way Bank"ın faiz gəlirləri 17 784,1 min manat, faiz xərcləri 9 189,9 min manat olub. Nəticədə, bank yanvar-sentyabr aylarını 8 594,2 min manat faiz mənfəəti ilə başa vurub.

Bu müddətdə bankın qeyri-faiz gəlirləri 8 171,2 min manat, qeyri-faiz xərcləri 8 727,0 min manat təşkil edib və beləliklə, 555,8 min qeyri-faiz zərəri yaranıb. 

Hesabatda deyilir ki, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 4 417,6 min manat ayrılıb. Ayırmaların 3 146 min manatını kredit və depozit itkiləri üzrə ehtiyata ayırmalar, 812,7 min manatını investisiya və qiymətli kağızlar üzrə ehtiyata ayırmalar təşkil edib.

Son xəbərlər

Orphus sistemi