"Bank Avrasiya" bu il aktivlərini 3% artırıb

"Bank Avrasiya" bu il aktivlərini 3% artırıb Bank ilk yarımilliyi 4 mln. manat xalis mənfəətlə başa vurub
Maliyyə
11 Avqust , 2016 10:35
Bank Avrasiya bu il aktivlərini 3% artırıb

Bakı. 11 avqust. REPORT.AZ/ "Bank Avrasiya" ASC-nin cəmi aktivləri 2016-cı il iyulun 1-nə 126,924 mln. manat təşkil edib. "Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin sonu ilə müqayisədə 2,9% çoxdur.

İyulun 1-nə "Bank Avrasiya"nın aktivlərinin 68,4%-ni və yaxud 86,796 mln. manatını müştərilərə verilən kreditlər təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 8,5% çoxdur.

Bu ilin ilk 6 ayında "Bank Avrasiya"nın cəmi öhdəlikləri 0,6% azalaraq 71,732 mln. manat, cəmi kapitalı isə 7,9% artaraq 55,192 mln. manat olub.

Bankın öhdəliklərinin 40,7%-ni və yaxud 29,197 mln. manatını isə onun depozit portfeli təşkil edib. Bu isə 6 ay əvvəllə müqayisədə demək olar ki, eynidir.

Yarım il ərzində "Bank Avrasiya"nın faiz gəlirləri 6,364 mln. manat, faiz xərcləri 1,688 mln. manat, qeyri-faiz gəlirləri 0,875 mln. manat, qeyri-faiz xərcləri 1,609 mln. manat təşkil edib. Beləliklə, Bankın əməliyyat mənfəəti 3,942 mln. manatdır.

"Bank Avrasiya" aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına çəkdiyi xərclərə 3,942 mln. manat qənaət edib. Bununla da, Bank ilk yarınilliyi 4,052 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 500 manat olan 20 min səhm əsasında formalaşıb. Səhmlərin 37,5%-u "Evro Standard" MMC-yə, 37,5%-i "PDM Qrup" MMC-yə, 25%-i isə "Azbizneskom" MMC-yə məxsusdur.

Bankın Müşahidə Şurasının sədri Fuad Aslanov Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlının qardaşıdır.

Son xəbərlər

Orphus sistemi