​Bu il Azərbaycanda 5,4 mlrd. manat vergi toplanıb

​Bu il Azərbaycanda 5,4 mlrd. manat vergi toplanıb Toplanan verginin əsas hissəsi mənfəət vergisinin payına düşür
Maliyyə
16 Oktyabr , 2014 14:36
​Bu il Azərbaycanda 5,4 mlrd. manat vergi toplanıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda ümumilikdə 5 346 762,8 min manat həcmində vergi toplanılıb. Bu barədə "Report"a Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib. 

Toplanan vergilərin ən çox hissəsi - 1 731 930,6 min manatı mənfəət vergisinin payına düşür. Bu il ərzində yığılan ƏDV-nin həcmi 1 494 815,1 min manat, aksizlərin həcmi 583 567,0 min manat, mədən vergisinin həcmi 94 241,3 min manat, torpaq vergisinin həcmi 28 263,5 min manat, əmlak vergisinin həcmi 103 929,6 min manat, fiziki şəxslərin gəlir vergisinin həcmi 708 398,5 min manat, dövlət rüsumunun həcmi 82 745,1 min manat, yol vergisinin həcmi 19 206,0 min manat, sadələşdirilmiş verginin həcmi 110 967,0 min manat, digər daxilolmaların həcmi isə 388 699,1 min manat olub.

Son xəbərlər

Orphus sistemi