​Bu il Azərbaycanda muzdla işləyənlərin 22%-i təhsildə çalışıb

​Bu il Azərbaycanda muzdla işləyənlərin 22%-i təhsildə çalışıb Yanvar-may aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 455 manat olub
Maliyyə
15 İyul , 2015 16:57
​Bu il Azərbaycanda muzdla işləyənlərin 22%-i təhsildə çalışıb

Bakı. 15 iyul. REPORT.AZ/ Bu il iyunun 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 505,6 min nəfər olub. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onlardan 875,0 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 630,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,4%-i təhsil, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsi, 12,2%-i sənayedə, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i tikinti, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i peşə, elmi və texniki fəaliyyət sahəsi, 2,9%i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi, 1,7%-i informasiya və rabitə sahəsi və 18,0%-i iqtisadiyyatın digər sahələrində məşğul olub.

Məlumata görə, 2015-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 454,8 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Son xəbərlər

Orphus sistemi