"Brand Credit" aktivlərini 3 dəfə artırıb

"Brand Credit" aktivlərini 3 dəfə artırıb BOKT-un cəmi öhdəlikləri 4,6 dəfə artıb
Maliyyə
2 Sentyabr , 2016 10:22
Brand Credit aktivlərini 3 dəfə artırıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bu ilin əvvəlinə "Brand Credit" bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri 4,898 mln. manat təşkil edib. "Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin əvvəli ilə müqayisədə 3 dəfə çoxdur.

Ötən ilin yekununda BOKT-un aktivlərinin 96%-ni və yaxud 4,705 mln. manatını müştərilərə verilmiş kreditlər və avanslar təşkil edib. Bu, əvvəlki ilə nisbətən 3,1 dəfə çoxdur.

"Brand Credit"in cəmi öhdəlikləri 2015-ci ildə 4,6 dəfə artaraq 4,018 mln. manat, cəmi kapitalı isə 18,3% artaraq 880 min manat olub.

Öhdəliklərin 95%-ni və yaxud 3,803 mln. manatını buraxılmış borc qiymətli kağızları təşkil edib. Bu isə illik müqayisədə 5,4 dəfə çoxdur.

BOKT 2015-ci ili 137 min manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, "Brand Credit" 2014-cü ildən 73 min manat zərərlə çıxıb.

"Brand Credit" MMC 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 900 min manatdır. BOKT-un təsisçiləri Niyazi Şaiq oğlu Vəliyev (47%), Şaiq Vəli oğlu Vəliyev (47%) və Şəbnəm Rafiq qızı Vəliyevadır (6%).

Son xəbərlər

Orphus sistemi