"Bonus-Malus" sistemi ilə bağlı mənfi halların qarşısını alınacaq

"Bonus-Malus" sistemi ilə bağlı mənfi halların qarşısını alınacaq "E-imza" sisteminin tətbiqi ilə sığorta agentlərinin maxinasiyalarının qarşısı alınacaq
Maliyyə
24 İyun , 2016 18:11
Bonus-Malus sistemi ilə bağlı mənfi halların qarşısını alınacaq

Bakı. 24 iyun. REPORT.AZ/ “Azərbaycanda bəzən sığorta agentləri müştəriləri cəlb etmək məqsədi ilə "Bonus-Malus" sistemi çərçivəsində endirimi olan müştərilərin şəxsiyyət vəsiqəsinin PİN-kodundan yeni müqavilələrin bağlanmasında istifadə edirlər". “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev deyib.

Onun sözlərinə görə, bu cür maxinasiyalar nəticəsində bəzən eyni adamım PİN-kodu ilə 50-100 müştəriyə icbari sığorta məhsulunun satıldığı üzə çıxır: “Bu cür hallar sığorta hadisəsi baş verən zaman aşkara çıxır. Məlum olur ki, endirimi olan adamın şəxsiyyət vəsiqəsinin PİN-kodundan istifadə olunur". 

"E-imza"nın tətbiqindən sonra isə bu halların qarşısı alınacaq. Çünki biz artıq avtomatik qaydada, elektron üsulla PİN-kodu əldə edə biləcəyik", - deyə E.Quliyev qeyd edib.

Son xəbərlər

Orphus sistemi