Birjanın bəzi üzvlərinin fəaliyyəti dayandırılıb

Birjanın bəzi üzvlərinin fəaliyyəti dayandırılıb 6 şirkətin üzvlüyü 1 yanvar 2017-ci il tarixinədək dayandırılıb, daha birinin üzvlüyünə öz xahişi ilə xitam verilib
Maliyyə
29 Avqust , 2016 18:04

Bakı. 29 avqust. REPORT.AZ/ “Bakı Fond Birjası” QSC-nin (BFB) Üzvlük Komissiyası tərəfindən BFB-nin bəzi üzvlərinin fəaliyyətinin “Qiymətli kağızlar bazarı haqqında” qanuna və BFB-nin “Üzvlük Qaydaları”na uyğun olmadığına görə dayandırılıb.

"Reüport"un Birjaya istinadən verdiyi xəbərə görə, bununla əlaqədar olaraq, Üzvlük Komissiyasının qərarı ilə “Brokdil-Az” MMC, “Çelsi Kapital” MMC, “Bob Broker” MMC, “Xalq Kapital” MMC, “Standard Kapital” MMC və “Dəmir investisiya şirkəti” QSC-nin üzvlüyü 1 yanvar 2017-ci il tarixinədək sonuncu dəfə olaraq dayandırılıb.

Eyni zamanda, BFB Komitəsinin qərarı ilə “YapıKredi İnvest” MMC-nin BFB-də üzvlüyünə onun öz xahişi ilə xitam verilib.

Qeyd edək ki, hazırda BFB-nin “Kapital Menecment" ASC, “İnvest-Az" QSC, “Az-Finans investisiya şirkəti" QSC, “Unicapital" ASC, “PAŞA Kapital" QSC və “PSG-Kapital" QSC daxil olmaqla 6 üzvü var. 

Son xəbərlər

Orphus sistemi