​Beynəlxalq Sığorta Şirkəti yeni xidmət təklif edir

​Beynəlxalq Sığorta Şirkəti yeni xidmət təklif edir Sistem bir neçə müddət test rejimində işlədilərək, istifadəyə tam hazır vəziyyətə gətirilib
Maliyyə
13 Aprel , 2016 12:15
​Beynəlxalq Sığorta Şirkəti yeni xidmət təklif edir

Bakı. 13 aprel. REPORT.AZ/ Beynəlxalq Sığorta Şirkəti müştərilərə yeni xidmət təklif etməyə başlayıb. Azərbaycanda ilk dəfə tətbiq olunan bu xidmət sayəsində, xarici ölkələrə səfərə gedən şəxslər səyahət sığortası şəhadətnaməsini dünyanın hər bir nöqtəsindən, bir neçə saniyə ərzində əldə edə bilərlər. 

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, bunun üçün sadəcə internetdən yararlanaraq, günün 24 saatı və həftənin 7 günü ərzində şirkətin www.iic.az internet səhifəsinə daxil olub, müvafiq sığorta paketini seçmək lazımdır. Müştəri tərəfindən internet səhifəsində təqdim olunan forma doldurulduqdan və hesablanmış sığorta haqqı bank kartı ilə ödənildikdən bir neçə saniyə sonra, hazırlanmış sığorta şəhadətnaməsi onun elektron ünvanına göndərilir. Müştəri həmin şəhadətnaməni elektron daşıyıcılara köçürə və ya tələb olunan yerə təqdim edilməsi üçün çap edə bilər.

Sistem bir neçə müddət test rejimində işlədilərək, istifadəyə tam hazır vəziyyətə gətirilib.

Respublikanın sığorta bazarında Beynəlxalq Sığorta Şirkətinin yeganə şirkət olaraq təklif etdiyi bu yeni xidmətin özəlliyi ondan ibarətdir ki, sığorta şəhadətnaməsi alarkən, müştərinin Şirkətin əməkdaşları ilə təmasda olmasına ehtiyac qalmır.

Təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan Beynəlxalq Sığorta Şirkəti hazırda müştərilərə 32 sığorta növü üzrə xidmətlər göstərir.

Son xəbərlər

Orphus sistemi