Azərbaycan Beynəlxalq Bankının işi üzrə Müsabiqə Komissiyası yaradılıb

Azərbaycan Beynəlxalq Bankının işi üzrə Müsabiqə Komissiyası yaradılıb Azər Bayramov komissiyaya sədr təyin edilib
Maliyyə
27 İyun , 2016 01:27
Azərbaycan Beynəlxalq Bankının işi üzrə Müsabiqə Komissiyası yaradılıb

Bakı. 27 iyun. REPORT.AZ/ Nazirlər Kabineti “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının yaradılması barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, qərara əsasən, Azərbaycan maliyyə nazirinin müavini Azər Bayramov Komissiyanın sədri təyin edilib.

Komissiyanın üzvləri:

Bayram Rzayev - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Mənzil-kommunal şöbəsinin müdir müavini

Mehman Səfərov - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə və mühasibat uçotu şöbəsi müdirinin müavini, daxili audit sektorunun müdiri

Tehran Mehdiyev - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsinin böyük məsləhətçisi

Cahangir Kərimov - “Aqrarkredit” QSC-nin İdarə Heyəti sədrinin müavini.

Son xəbərlər

Orphus sistemi