​Belarus gələn həftə denominasiya həyata keçirəcək

​Belarus gələn həftə denominasiya həyata keçirəcək İlk dəfə metal pullar dövriyyəyə buraxılacaq
Maliyyə
20 İyun , 2016 10:31
​Belarus gələn həftə denominasiya həyata keçirəcək

Bakı. 20 iyun. REPORT.AZ/ Belarus milli valyutasının denominasiyasını həyata keçirməyə hazırlaşıb. "Report" xəbər verir ki, bu barədə Belarus Mərkəzi Bankının sədri Pavel Kallaur bildirib. 

Denominasiyanın bu il iyulun 1-də baş tutacağı qeyd olunub. Denominasiya nəticəsində 2000-ci ilin əsginasları 2009-cu ilin əsginasları ilə əvəzlənəcək. Başqa sözlə, 10 min rubl köhnə əsginasın əvəzinə 1 rubl yeni əskinas əldə etmək mümkün olacaq. Həmçinin, Belarusda ilk dəfə kağız əsginaslarla yanaşı metal pullar dövriyyəyə buraxılacaq. 

P.Kallaurun sözlərinə görə, ölkə denominasiyaya tam hazırdır: "Bir neçə həll olunası məsələ qalıb ki, bunlardan da əsası yeni şəraitdə çalışa biləcək kassa aparatlarının tam dəyişdirilməsi prosesidir". O, həmçinin qeyd edib ki, yeni pulların dövriyyəyə buraxılması əhali üçün heç bir narahatlıq yaratmayacaq.

Son xəbərlər

Orphus sistemi