Dünya bazarında qızıl bahalaşıb

Dünya bazarında qızıl bahalaşıb Avronun dollara qarşı məzənnəsi isə 1,08 həddini keçib
Maliyyə
18 Aprel , 2015 09:37
Dünya bazarında qızıl bahalaşıb

Bakı. 18 aprel. REPORT.AZ/ Aprelin 17-də Amerika fond bazarında Dow Jones indeksində 1,54% azalma müşahidə olunub və 17 826,30 bənd təşkil edib. S&P 500 1,13% geriləyərək 2 081,18 bənd, Nasdaq isə 1,52% azalaraq 4 931,82 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,93% geriləyərək 6 994,63 bənd, Almaniya DAX-ı 2,58 % azalaraq 11 688,70 bənd, Fransa CAC-40-ı isə 1,55% geriləyərək 5 143,26 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,44% artaraq 1 203,30 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0806 (+0,35%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi