Dünya bazarında avro ucuzlaşıb

Dünya bazarında avro ucuzlaşıb Əksər fond indeksləri azalıb
Maliyyə
25 Sentyabr , 2015 10:35
Dünya bazarında avro ucuzlaşıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ Sentyabrın 24-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,48% ucuzlaşaraq 16 201,32 bənd, S&P 500 0,34% azalaraq 1 932,24 bənd, Nasdaq isə 0,38% azalaraq 4 734,48 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,17% ucuzlaşaraq 5961, 49 bənd, Fransa CAC-40-ı 1,93% azalaraq 4 347,24 bənd, Almaniya DAX-ı isə 1,92% azalaraq 9 427,64 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,66% ucuzlaşaraq 1 146,20 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1171 (-0,53 %) təşkil edib.

Son xəbərlər

Orphus sistemi