Bakı. 11 aprel. REPORT.AZ/ "Başak İnam Sığorta" ASC 2015-ci ildə 3,62 mln. manat həcmində gəlir əldə edib. "Report"un şirkətə istinadən verdiyi xəbərə görə, bu da əvvəlki illə müqayisədə 0,22% azalma deməkdir. Hesabat dövründə şirkətin xərcləri isə 14,21% artaraq 4,386 mln. manatı üstələyib.
Beləliklə, şirkət ötən il 765,9 min manat həcmində zərər edib. Qeyd edək ki, şirkət 2014-cü ildə də zərərlə işləyib və həmin il zərərin məbləği 212,3 min manat təşkil edib.
Qeyd edək ki, "Başak İnam Sığorta" ASC-nin aktivləri hesabat ilində 12,4% azalaraq 9,936 mln. manatdan 8,701 mln. manata enib.