Azərbaycanda hər 3,7 min nəfərə bir bankomat düşür

Azərbaycanda hər 3,7 min nəfərə bir bankomat düşür Ölkədəki bankomatların yarıdan çoxu paytaxtda quraşdırılıb
Maliyyə
8 Yanvar , 2015 10:13
Azərbaycanda hər 3,7 min nəfərə bir bankomat düşür

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları tərəfindən quraşdırılan bankomatların ümumi sayı illik müqayisədə 7,3% artaraq 2014-cü il dekabrın 1-nə 2 586 ədədə çatıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bankomatların 1 460-ı və ya 56,5%-i Bakı, qalanı isə regionlarda quraşdırılıb. Bankomatların sayında illik artım paytaxt üzrə 7,4%, regionlarda isə 7,1% təşkil edib.

Dekabrın 1-nə olan statistikaya əsasən, ölkədə hər 3,7 min nəfərə bir bankomat düşür. Qeyd edək ki, 2013-cü ilin müvafiq dövründə bu göstərici 3,9 min nəfər olub.

Mərkəzi Bankın məlumatına əsasən, hesabat dövründə bir ATM-ə düşən əməliyyatların orta aylıq sayı illik 3,81% azalaraq 1 744,8 ədəd, həcmi isə 0,17% artaraq 311,4 min manat təşkil edib. Bu müddətdə hər ATM üzrə müştərilər tərəfindən aparılan bir əməliyyatın orta aylıq məbləği illik 4,14% artaraq 2014-cü il dekabrın 1-nə 178,5 manata çatıb.

Son xəbərlər

Orphus sistemi