Bank VTB həlak olmuş erməni hərbçilərin kredit öhdəliklərini sıfırlamağı planlaşdırmır

Bank VTB həlak olmuş erməni hərbçilərin kredit öhdəliklərini sıfırlamağı planlaşdırmır "Belə bir qərar qəbul edilməyib və qəbul olunması planlaşdırılmır"
Maliyyə
12 Aprel , 2016 17:31
Bank VTB həlak olmuş erməni hərbçilərin kredit öhdəliklərini sıfırlamağı planlaşdırmır

Bakı. 12 aprel. REPORT.AZ/ "Bank VTB (Ermənistan)" QSC bu ayın əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini sıfırlamağı planlaşdırmır.

"Report" xəbər verir ki, bu barədə "VTB Qrup"dan bildirilib.

Məlumata görə, belə bir qərar qəbul edilməyib və qəbul olunması planlaşdırılmır.

Qeyd edək ki, Ermənistan mətbuatı "Bank VTB (Ermənistan)" QSC-nin qoşunların təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini ləğv etməsi ilə bağlı məlumat yaymışdı.

Son xəbərlər

Orphus sistemi