​"Bank VTB (Azərbaycan)"nin aktivləri 65% artıb

​"Bank VTB (Azərbaycan)"nin aktivləri 65% artıb Bankın 20 yeni filialının açılması planlaşdırılır
Maliyyə
15 Oktyabr , 2014 15:39
​Bank VTB (Azərbaycan)nin aktivləri 65% artıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC-nin aktivləri bu ilin sentyabrın 1-nə 249 mln. manat təşkil edib. İlin əvvəlindən aktivlər 41 mln. manat və ya 20%, 2013-cü ilin eyni dövrünə nisbətən isə 98 mln. manat və ya 65% artıb. Bu barədə “Report”a Bankın Bakıdakı baş ofisindən məlumat verilib.

Hesabat dövründə "Bank VTB (Azərbaycan)"nin məcmu kredit portfeli 238 mln. manata çatıb. Ötən ilin sentyabrın 1-i ilə müqayisədə kredit portfeli 99 mln. manat və ya 71% artıb. Kreditlərin 53%-i biznes kreditləşdirilməsinin payına düşüb. Biznes kreditlərinin portfelində isə kiçik sahibkarlığa ayrılan kreditlər 32%, iri və orta sahibkarlığa ayrılanlar isə 21% təşkil edib. Ümumi kredit portfelinin 47%-i istehlak kreditlərinin payına düşüb və istehlak kreditlərinin strukturunda əsas yeri avtokreditlər (28%) və nağd kreditlər (14%) tutub. 

Eyni zamanda, "Bank VTB (Azərbaycan)"nin məcmu kapitalı sentyabrın 1-nə 47 mln. manata çatıb. Ötən il sentyabrın 1-nə nisbətən məcmu kapital üzrə artım 52% və ya 16 mln. manat olub.

"Bank VTB (Azərbaycan)"nin Pərakəndə biznesin inkişafı Departamentinin direktoru Tural Vəliyevin sözlərinə görə, bankın 20 yeni filialının açılması gözlənilir: “2016-cı ilin sonuna kimi "Bank VTB (Azərbaycan)" Bakıda və Azərbaycanın bir sıra iri şəhərlərində fəaliyyətini genişləndirmək niyyətindədir. Bu müddət ərzində ümumilikdə 20 yeni filialın açılması planlaşdırılır”.

Xatırladaq ki, hesabat dövrünə "Bank VTB (Azərbaycan)"nin yalnız Bakıda olmaqla 9 filialı fəaliyyət göstərib. Yaxın günlərdə Bankın Bakı, Xırdalan və Sumqayıt şəhərlərində yeni filialları müştərilərin xidmətinə veriləcək.

Son xəbərlər

Orphus sistemi