​"Bank VTB (Azərbaycan)" qiymətli metallarla əməliyyatlar üçün lisenziya alıb

​"Bank VTB (Azərbaycan)" qiymətli metallarla əməliyyatlar üçün lisenziya alıb İdarə Heyətinin sədri Yuri Yakovlev: "Yaxın aylarda Bank qiymətli metallarla bir sıra yeni məhsullar təklif edəcək"
Maliyyə
16 Mart , 2015 18:57
​Bank VTB (Azərbaycan) qiymətli metallarla əməliyyatlar üçün lisenziya alıb

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi və Mərkəzi Bank qiymətli metallarla əməliyyatların aparılması üçün "Bank VTB (Azərbaycan)" ASC-yə lisenziya verib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, verilən lisenziya əsasında Bank qiymətli metalların cəlb edilməsi və yerləşdirilməsi, eləcə də alqı və satqısı üzrə əməliyyatlar həyata keçirə biləcək. Belə ki, "Bank VTB (Azərbaycan)"ın müştəriləri metal hesabların, qiymətli metallarda əmanətlərin açılması xidmətindən istifadə etmək imkanı əldə edəcək.

Bank qiymətli kağızlarla girovlu kredit məhsulu təqdim etmək, eləcə də külçə, xatirə və investisiya sikkələrinin alqı-satqısını reallaşdırmaq niyyətindədir.

"Yaxın aylarda Bank qiymətli metallarla bir sıra yeni məhsullar təklif etməyi planlaşdırır. Məlumdur ki, qiymətli metallar çox sərfəli sərmayə hesab olunur. Bu, əmanətlərin qorunması və artırılmasının ən etibarlı üsuludur. Qiymətli metallarla əməliyyatlar müştərilərə vəsaitlərini mümkün risklərdən qorumağa imkan verir", - deyə "Bank VTB (Azərbaycan)"ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Xatırladaq ki, "Bank VTB (Azərbaycan)" ASC "VTB Bank"ın törəmə qurumudur. "Bank VTB (Azərbaycan)"ın səhmdarları rolunda "VTB Bank" və "AtaHolding" ASC çıxış edir. Bank korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilər, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün Bank bazarda 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi