​"Bank VTB (Azərbaycan)" kreditləşmənin şərtlərini dəyişib

​"Bank VTB (Azərbaycan)" kreditləşmənin şərtlərini dəyişib Bank müştəri kateqoriyasına görə maksimal məbləğ üzrə qradasiya tətbiq edib
Maliyyə
9 İyul , 2015 10:18
​Bank VTB (Azərbaycan) kreditləşmənin şərtlərini dəyişib

Bakı. 9 iyul. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC “Mikrokredit” məhsulu üzrə şərtlərini yeniləyib. Belə ki, kredit üzrə maksimal məbləğ 20 min manatdan 25 min manatadək (dollar, avro və rus rublu ekvivalenti) artırılıb. Kreditin müddəti 3 il təşkil edir.

"Report"un "Bank VTB (Azərbaycan)"a istinadən verdiyi xəbərə görə, həmçinin Bank müştəri kateqoriyasına görə maksimal məbləğ üzrə qradasiya tətbiq edib. Müştərilər 3 kateqoriyaya - 24 aydan və 12 aydan çox müsbət kredit tarixçəsinə sahib olan müştərilər, habelə bankın yeni müştərilərə bölünür.

Kreditin faiz dərəcəsi məbləğdən asılı olaraq dəyişir. Məbləğ 10 min manatdan (dollar və avro) çox olduğu halda, illik faiz dərəcəsi 23%-dən başlayır. Kreditin məbləği bu göstəricidən yüksək olarsa, bank 20%-dən başlayaraq kredit təklif edir. 10 min manatadək rubl ekvivalentində olan məbləğ üçün faiz dərəcəsi 30%, 10 min manatdan yüksək olduqda isə 27% təşkil edir.

Yeni şərtlərə əsasən, indi daşınmaz əmlak, nəqliyyat vasitələri, dövriyyədə olan əmtəə, təchizat, digər banklardan zəmanətlər və depozitlə yanaşı girov qismində müştərinin ev əmlakı da çıxış edə bilər. Kreditin verilməsi 1-2 gün təşkil edir.

Son xəbərlər

Orphus sistemi