​"Bank VTB (Azərbaycan)" kapitalını artırıb

​"Bank VTB (Azərbaycan)" kapitalını artırıb "Bank VTB" Azərbaycandakı törəmə bankına subordinasiya krediti ayırıb
Maliyyə
26 May , 2015 09:58
​Bank VTB (Azərbaycan) kapitalını artırıb

Bakı. 26 may. REPORT.AZ/ "Bank VTB" ASC törəmə qurumu olan "Bank VTB (Azərbaycan)" ASC-yə 300 mln. rubl (6,2 mln. manat) həcmində 7 illik subordinasiya krediti ayırıb. "Report" bu barədə Azərbaycandakı bankın yaydığı məlumata istinadən xəbər verir.

“Cəlb olunmuş vəsait "Bank VTB (Azərbaycan)"ın hər zaman baş ofisi tərəfindən dəstəkləndiyinin göstəricisidir. Məcmu kapitalın artırılması biznesin inkişaf templərini dəstəkləməyə və kreditləşmə imkanlarını artırmağa kömək edəcək”, - deyə "Bank VTB (Azərbaycan)"ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Xatırladaq ki, "Bank VTB (Azərbaycan)" ASC "Bank VTB"-nin törəmə təşkilatıdır. "Bank VTB (Azərbaycan)"ın səhmdarları "Bank VTB" ASC və “AtaHolding” ASC-dir. Bank korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün Bank yerli bazarda 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi