​"Bank VTB (Azərbaycan)"ın aktivləri 79% artıb

​"Bank VTB (Azərbaycan)"ın aktivləri 79% artıb Bankın kredit portfelinin 47%-i istehlak kreditlərinin payına düşür
Maliyyə
23 Aprel , 2015 17:27
​Bank VTB (Azərbaycan)ın aktivləri 79% artıb

Bakı. 23 aprel. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC-nin aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 78,89% artaraq 2015-ci il aprelin 1-nə 367,4 mln. manata çatıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, aprelin 1-nə bankın kredit portfeli 345,0 mln. manatı keçib. Kredit portfelinin 11,9%-nin və ya 41,2 mln. manatının ödəniş vaxtı keçib.

Bankın kreditləri ancaq Abşeron və Gəncə-Qazax regionları üzrə verilib. Kreditlərin 344,6 mln. manatı Abşeron iqtisadi rayonunun payına düşüb. Kredit portfelinin 46,92%-ni və ya 161,9 mln. manatını istehlak kreditləri əhatə edib.

Məlumata əsasən, kredit portfeli (müştərilərə verilmiş kreditlər - məqsədli ehtiyatlar çıxılmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 72,78% artaraq bu ilin aprelin 1-nə 323,9 mln. manata çatıb. Depozit portfeli 45,97% artaraq cari il aprelin 1-nə 22,3 mln. manata yüksəlib.

Qeyd edək ki, "Bank VTB (Azərbaycan)"ın nizamnamə kapitalı aprelin 1-nə 50,8 mln. manat, məcmu kapitalı 45,8 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi