​"Bank VTB (Azerbaijan)"ın aktivləri 30% artıb

​"Bank VTB (Azerbaijan)"ın aktivləri 30% artıb Dollar kreditlərinin manata restrukturizasiyası nəticəsində vaxtı keçmiş kreditlərin həcmi 11 mln. manatdan çox azalıb
Maliyyə
6 Noyabr , 2015 17:12
​Bank VTB (Azerbaijan)ın aktivləri 30% artıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Cari il oktyabrın 1-nə "Bank VTB (Azerbaijan)" ASC-nin aktivləri 378 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 30% çoxdur. "Report"un banka istinadən verdiyi xəbərə görə, bankın kredit portfeli 347 mln. manat olub. Bu da ilin əvvəli ilə müqayisədə 24% artım deməkdir.

Hesabat dövründə bankın depozit portfeli 2 dəfədən çox artaraq 60,7 mln. manat təşkil edib.

Sonuncu, III rübdə bank vaxtı keçmiş kreditlərin restrukturizasiyası istiqamətində bir sıra tədbirlər həyata keçirib. Əməliyyatların böyük hissəsi dollar kreditlərinin manata restrukturizasiyasının payına düşüb. Nəticədə vaxtı keçmiş kreditlərin həcmi 11 mln. manatdan çox azalıb. Həyata keçirilən tədbirlərin müsbət nəticəsi olaraq III rübdə bankın mənfəəti 8,1 mln. manat təşkil edib", - məlumatda bildirilir.

Cari il oktyabrın 1-nə milli standartlara görə 1-ci dərəcəli kapital 40 mln. manata qədər artıb, məcmu kapital isə 53 mln. manatı keçib. Nəticədə 1-ci dərəcəli kapitalın və məcmu kapitalın adekvatlıq əmsalı müvafiq olaraq 11,01% və 15,23% təşkil edib.

Həmçinin bildirilib ki, yaxın vaxtlarda bank öz filial şəbəkəsini genişləndirməyə və satış məntəqələrinin sayını 17-yə çatdırmaq niyyətindədir.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" ASC "VTB Bank" ASC-nin törəmə qurumudur. "Bank VTB (Azerbaijan)" ASC-nin səhmdarları "VTB Bank" və “AtaHolding” ASC-dir. Bu gün bank Azərbaycan bazarında 14 filial və baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi