"Bank VTB (Azerbaijan)" əmək haqqı layihəsi üzrə yeni şərtlər təklif edib

"Bank VTB (Azerbaijan)" əmək haqqı layihəsi üzrə yeni şərtlər təklif edib Bu kartlarla əmək haqqı alan şirkət əməkdaşlarına 50%-dək "overdraft" təklif olunur
Maliyyə
30 Sentyabr , 2016 13:24
Bank VTB (Azerbaijan) əmək haqqı layihəsi üzrə yeni şərtlər təklif edib

Bakı. 30 sentyabr. REPORT.AZ/ “Bank VTB (Azerbaijan)” ASC müştərilərinə əmək haqqı layihəsi üzrə yeni xidmət şərtlərini təqdim edib. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bankın əmək haqqı layihəsi özündə maaş, eləcə də təqaüd və digər daimi və birdəfəlik gəlirlərin şirkət əməkdaşlarının hesabına asan və sürətli köçürmə üsulunu əks etdirir.

Belə ki, layihə çərçivəsində təşkilatlar üçün ucuz qoşulma tarifləri mövcuddur. Bundan başqa, “Visa Classic”, “Visa Gold”, “Visa Platinum” kartlarınn pulsuz verilməsi və kartlara ödənişsiz xidmət göstərilməsi təklif olunur.

“Bank VTB (Azerbaijan)”ın kartı ilə əmək haqqı alan şirkət əməkdaşları maaş məbləğinin 50%-dək "overdraft" almaq, pulsuz “İnternet-Banking” və “3D Secure” xidmətinə qoşulmaq imkanı əldə edirlər.

Maaş kartları istifadəçiləri üçün, həmçinin digər bank məhsulları üzrə paket tariflər və endirim proqramı, o cümlədən bankın tərəfdaşları olan şirkətlərdə endirimlər təklif edilir.

“Bank VTB (Azerbaijan)” kartı ilə əmək haqqı alan müştərilər yerli “Accessbank”ın, eləcə də VTB qrupunun bankları - VTB (Gürcüstan), VTB (Ukrayna), VTB (Qazaxıstan), VTB (Belarus), həmçinin Rusiyadakı “VTB24”, "Moskva Bankı" və "Poçt Bank"a daxil olan bankomat şəbəkəsindən güzəştli tariflərlə istifadə edə bilərlər.

Qeyd edək ki, “Bank VTB (Azerbaijan)” ASC “VTB Bank” ASC-nin törəmə bankıdır. “Bank VTB (Azerbaijan)”ın səhmdarları “VTB Bank” ASC və “AtaHolding” ASC-dir. Bank korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi