"Bank VTB (Azerbaijan)" yeni pulköçürmə sisteminə qoşulub

"Bank VTB (Azerbaijan)" yeni pulköçürmə sisteminə qoşulub Vəsaiti 5 dəqiqə sonra istənilən nöqtədə almaq mümkündür
Maliyyə
12 Oktyabr , 2016 17:36
Bank VTB (Azerbaijan) yeni pulköçürmə sisteminə qoşulub

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC “Xəzri” pul köçürmələr sisteminə qoşulub. Yeni sistem vasitəsi ilə Bankın müştəriləri ölkə daxilində istənilən məsafəyə qısa müddət ərzində təcili pul vəsaiti köçürə bilər.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, pulları göndərildikdən cəmi 5 dəqiqə sonra ölkənin istənilən nöqtəsindən almaq mümkündür.

“Xəzri” pul köçürmələri manatla həyata keçirilir, maksimal məbləğ isə 20 min manat təşkil edir. Azərbaycan daxilində köçürmələr ünvansız həyata keçirilir və müştəri bu vəsaitləri ölkə ərazisində ona rahat olan məntəqədən ala bilər. Məbləğdən asılı olaraq köçürmə üzrə komissiya 1-30 manat və ya köçürülən məbləğin 0,8%-ni təşkil edir.

“Xəzri” pulköçürmə sistemi ilə yanaşı "Bank VTB (Azerbaijan)"ın müştəriləri "Zolotaya Korona", "Contact", "Blizko" və "Monex" sistemləri ilə dünyanın istənilən yerində pul göndərib və ala bilərlər.

Son xəbərlər

Orphus sistemi