​"Bank VTB (Azerbaijan)" tender elan edib

​"Bank VTB (Azerbaijan)" tender elan edib Tender Bankın baş ofisində təmir-tikinti və montaj işləri üzrə keçirilir
Maliyyə
23 Fevral , 2016 18:06
​Bank VTB (Azerbaijan) tender elan edib

Bakı. 23 fevral. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC-nin baş ofisinin 2-ci mərtəbəsində təmir-tikinti və montaj işləri üzrə ("Call Center" şöbəsi, Hüquq İdarəsi və 4 şüşəli kabinetin qurulması üçün) açıq tender elan edib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, tender sənədləri ilə Bankın Xətai prospekti, 38 ("Messenat Plaza") ünvanında yerləşən baş ofisində tanış olmaq mümkündür.

Tender təklifləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 29 fevral saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bankın baş ofisinə təqdim edilməlidir.

Tender Komitəsi üzrə əlaqələndirici şəxs Rüfət Sultanovdur (tel.: (012) 492 00 80 (daxili nömrə - 1252); faks: (012) 437 71 21; mob.: (050) 286 00 87).

Son xəbərlər

Orphus sistemi