"Bank VTB (Azerbaijan)" pul köçürmələrində güzəşt edib

"Bank VTB (Azerbaijan)" pul köçürmələrində güzəşt edib Valyutanın konvertasiyası pul göndərilən zaman sistemin məzənnəsinə uyğun həyata keçirilir
Maliyyə
27 Aprel , 2016 11:23
Bank VTB (Azerbaijan) pul köçürmələrində güzəşt edib

Bakı. 27 aprel. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC müştərilər üçün "Zolotaya Korona" ödəniş sistemi vasitəsi ilə Azərbaycandan xaricə milli valyuta ilə pul köçürmələrini 0% tarifi ilə həyata keçirməyə imkan verir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, 0% tarifi "Zolotaya Korona" sistemi üzrə bütün köçürmələrə aiddir. Köçürmə zamanı müştəri vəsaiti göndərdiyi şəxsin pulu hansı valyutada – rubl və ya dollarla alacağını seçə bilər. Bu zaman göndərən şəxs köçürməni milli valyutada həyata keçirir. Valyutanın konvertasiyası pul vəsaiti göndərilən zaman sistemin məzənnəsinə uyğun həyata keçirilir. Bu halda komissiya 0% təşkil edir.

Xatıladaq ki, "Bank VTB (Azerbaijan)" ASC "VTB Bank" ASC-nin törəmə bankıdır. "Bank VTB (Azerbaijan)" ASC-nin səhmdarları "VTB Bank" ASC və “AtaHolding” ASC-dir. "Bank VTB (Azerbaijan)" korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün Bank 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi