"Bank VTB (Azerbaijan)" plastik kartlarla bağlı yenilik edib

"Bank VTB (Azerbaijan)" plastik kartlarla bağlı yenilik edib İndiyə qədər bu proses bir neçə saat çəkirdi
Maliyyə
26 Avqust , 2016 17:43
Bank VTB (Azerbaijan) plastik kartlarla bağlı yenilik edib

Bakı. 26 avqust. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC kart balansının onlayn qaydada yenilənmə sistemini tətbiq edib. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, yeniliyin sayəsində kart hesabı üzrə həyata keçirilən bütün əməliyyatlar kartın balansında dərhal əks olunacaq. Bu texnologiyanın tətbiqindən öncə kart hesabının yenilənməsi üçün bir neçə saat vaxt tələb olunurdu.

Onlayn-yenilənmə sistemi mədaxil zamanı gözləmə müddətini minimuma endirib. İndi bank kartlarına pul köçürüldükdə əməliyyat ani həyata keçir və nəticədə, bir neçə dəqiqədən sonra kart sahibi daxil olan vəsaitlərdən istifadə etmək imkanı qazanır.

Ani yenilənmə sxeminin tətbiqi "Bank VTB (Azerbaijan)"ın plastik kartlar biznesinin inkişaf etdirilməsi istiqamətində növbəti yeniliyidir. Bank, müştərilərini müasir və effektiv məhsullarla təmin etmək məqsədi ilə qabaqcıl texnologiyaların tətbiqi siyasətini gələcəkdə də davam etdirmək niyyətindədir.

Xatırladaq ki, "Bank VTB (Azerbaijan)" Rusiyanın "VTB Bank" ASC-nin törəməsidir. Onun nizamnamə kapitalı 50,815 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,2 manat olan 254,075 mln. ədəd səhm əsasında formalaşıb. Səhmlərin 51%-i Rusiya tərəfinə, 48,99%-i "AtaHolding" MMC-yə, 0,01%-i isə bir fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi