"Bank VTB (Azerbaijan)" paytaxtda yeni bankomatlar quraşdırıb

"Bank VTB (Azerbaijan)" paytaxtda yeni bankomatlar quraşdırıb Sədr Yuri Yakovlev: "Gələcəkdə də ATM şəbəkəsini genişləndirmək niyyətindəyik"
Maliyyə
9 Sentyabr , 2016 15:01
Bank VTB (Azerbaijan) paytaxtda yeni bankomatlar quraşdırıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC Bakı şəhərinin ən sıx nöqtələrində 5 yeni bankomat istifadəyə verib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, ATM-lər Bankın filiallarından kənarda quraşdırılıb ki, bu da müştərilər üçün ən rahat və əlverişli yerlərdə bank xidməti göstərilməsi üzrə yeni strategiyanın tərkib hissəsidir.

Bankın kartlarının sahibləri yeni ATM xidmətlərindən "28 Mall" (“28 May” metro stansiyasının çıxışı), "Park Bulvar" (Dənizkənarı bulvar, “Sahil” metro stansiyasının çıxışı), "Metropark" (“N.Nərimanov” metro stansiyasının yanında) ticarət və əyləncə mərkəzlərində, eləcə də “Xətai” metrosunun çıxışında və Bakı Beynəlxalq Avtovağzalı (Sumqayıt şosesi) ərazisində istifadə edə bilər.

"24/7 prinsipi ilə gün ərzində fasiləsiz çalışan bankomatlarda müştərilər nağldaşdırma, hesabdan çıxarışın alınması, "3D Secure" xidməti üçün PİN-kodun alınması, kartdan karta pul vəsaitlərinin köçürülməsi (Card to Card), eləcə də kartı olmayan şəxsə öz kartından pulun köçürülməsi (Cash by Code) kimi xidmətlər üzrə əməliyyatlar həyata keçirə bilər. Bankomat şəbəkəsinin genişlənməsi Bankın kart biznesinin dinamik inkişafı və "Bank VTB (Azerbaijan)"ın kart sahiblərinin sayının artması ilə əlaqədardır. Xidmət keyfiyyətinin yaxşılaşdırılması və müştərilərin vaxtına qənaət etmək məqsədi ilə biz, gələcəkdə də bankomat şəbəkəsini artırmaq və onları ən rahat yerlərdə quraşdırmaq niyyətindəyik", – deyə Bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Qeyd edək ki, "Bank VTB (Azerbaijan)" ASC "VTB Bank" ASC-nin törəmə bankıdır. "Bank VTB (Azerbaijan)"ın səhmdarları "VTB Bank" və “AtaHolding” ASC-lərdir.

Son xəbərlər

Orphus sistemi